Şimali Koreya ilk hipersəsli raketini sınaqdan keçirdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri çərşənbə axşamı yeni hipersəsli raketi sınaqdan çıxarıblar.
Publika.az xəbər verir ki, bu barədə "InterFax" Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, KXDR Milli Müdafiə Elmlər Akademiyası sentyabrın 28-də, səhər saatlarında Çaqan əyalətinin Doyan kəndində "Hvason-8" raketini sınaqdan keçirib. Pxenyan keçirilən sınağın uğurlu olduğunu bildirib.
Qeyd olunur ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və Rəyasət Heyətinin üzvü, partiya Mərkəzi Komitəsinin katibi Pak Çon Çhon müdafiə elmləri sahəsində çalışan rəhbər kadrlarla birlikdə bu sınağı müşahidə edib.
KMTA hipersəsli raketin hazırlanmasını cari beşillik üçün qarşıya qoyulmuş beş prioritet vəzifədən biri adlandırıb və onun həyata keçirilməsində "irəliləyişin" olduğunu qeyd edib.
Qeyd olunur ki, indiyə qədər Pxenyanın sərəncamında bu cür silah olmayıb.
Xəbər verildiyi kimi, Şimali Koreya çərşənbə axşamı, səhər Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb. Raket Yaponiyanın müstəsna iqtisadi zonası hüdudlarından kənara düşüb.
Qeyd edək ki, hazırkı sınaq cari ildə KXDR-in həyata keçirdiyi yeddinci silah sınağıdır.
Sentyabrın 13-də Şimali Koreya yeni tip uzaq mənzilli qanadlı raketin uğurla sınaqdan çıxarıldığını elan etmişdi.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür