Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.
Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz…
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Fərhad Əhmədov kimdir?
Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.
Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, "Tansley Traiding" şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.
Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan "Nordqaz" şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.
Diqqət çəkən bir məqam var: Rusiyanın "Qazprom" şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətləri sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını "Qazproma" verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq,  Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, "Nortqaz"ın 51% aksiyasını "Qazproma" verdi və yenə də biznesinə davam etdi.
Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da "Qazprom"a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.
Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, "özü özünə borclu olan" bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.
Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.
Fərhad Əhmədovun siyasi iddiaları…
Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu.  2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi…
Fərhad Əhmədovun Azərbaycana gəlişi
Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı.
Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini "pullu dostluq əlaqələri" qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma  Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi.  Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.
Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı "uğurlu iş adamı" imicinin yanında onun  yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.
Şimal qonşumuzun layihəsi…
Fərhad Əhmədov isə Azərbaycana "missiya" ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.
Amma Əhmədov həvəsdən düşmədi. O,  bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə "xeyriyyəçi" kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.
Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko  və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətinə yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri  Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı…
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Fərhad Əhmədovla Vahid Əliyevin dostluğu
Fərhad Əhmədovun Azərbaycanda hərbi sahəyə marağını xüsusi qeyd etmək yerinə düşər. Məlumata görə, onun Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Vahid Əliyevlə və ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərlə isti münasibətləri olub. Bu münasibətlərin hazırkı dövrdə də davam etdiyi bəllidir.
Fərhad Əhmədovun orduya "yardım göstərən vətənpərvər" kimi təqdimatında Vahid Əliyevin və ordu rəhbərliyindəki digər şəxslərin böyük rolu olub.
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Fərhad Əhmədovun Qarabağ saxtakarlığı
2016-cı ildə Fərhad Əhmədov Azərbaycanın daxili ictimai rəyində daha da məşhurlaşmaq həvəsinə düşür. Fərhad Əhmədovun maliyyələşdirdiyi KİV-lərdə və sosial mediadakı blogerləri onun  Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması barədə "məktubunu" yayırlar.  Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edir.
Lakin Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məsələni araşdırır və məlum olur ki, belə bir məktub yoxdur, yazılmayıb.
Fərhad Əhmədov sadəcə Azərbaycan cəmiyyətində məşhurlaşmaq və xalq sevgisi qazanmaq üçün belə saxtakarlığa əl atıb və bunu öz maliyyələşdirdiyi jurnalistlər vasitəsilə yayıb.
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Fərhad Əhmədovun ordumuza vurduğu zərbə
Fərhad Əhmədovun ilk səs yazısı bir neçə ay əvvəl yayılmışdı. Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin orduda baş verdiyi iddia edilən proseslərlə bağlı səs yazısı yayıldı. Onda çoxlarını həmin səs yazısında sualları verən şəxsin, səs yazısını yayanların kimliyi çox düşündürdü və ciddi müzakirələr oldu. Çünki səs yazısında sual verən şəxsin səsi ilə oynanılmışdı, səs xüsusi vasitələrlə dəyişdirilmişdi. Sonradan məlum oldu ki, həmin şəxs Fərhad Əhmədov olub. O, həmin səs yazısında öz səsini dəyişdirərək və montaj etdirərək materialı Meydan TV vasitəsilə ictimailəşdirmişdi. F. Əhmədovun bunda əsas məqsədi Azərbaycan Ordusunu gözdən salmaq olduğu heç kimdə şübhə doğurmur. Sonradan həmin məsələ ilə bağlı cinayət işi açıldı və istintaq prosesi hələ də bitməyib.
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?Əhmədovun Priqojinlə səs yazısı realdırmı?
Bu günlərdə isə Fərhad Əhmədovun rusiyalı prodeser Priqojinlə səs yazısı yayıldı. Rusiya elitasını, ordusunu və şəxsən Rusiya Prezidenti Putini  tənqid edən səs yazısı ilə bağlı ilk reaksiya şübhəsiz ki budur: bu səs yazısı quramadır və dövriyyəyə buraxılmasının öz məqsədi var.
Məqsəd isə Fərhad Əhmədovun guya Rusiyaya bağlı olmadığını göstərməkdir. İndi Putini tənqid etmək xüsusi qəhrəmanlıq deyil. Fərhad Əhmədov kimi Rusiya hakimiyyətinə və xüsusi xidmət orqanlarına yaxın olan biri üçün bunu etmək isə diqqət çəkicidir.
Çünki Fərhad Əhmədov imtiyazlı milyarder kimi Avropa İttifaqı, Kanada, Britaniya və s. tərəfindən sanksiyalara məruz qalıb. Putin haqqında onun dedikləri guya bu sanksiyaların aradan qaldırılmasına hesablanıbmış. Lap özünü bu sanksiyalardan qorumaq üçün Rusiyanın tapşırığı ilə Xankəndinə gəlmiş Ruben Vardanyanın missiyasını xatırlatdı.
İndi Fərhad Əhmədov guya antiputinçi kimi görünüb Qərbin gözünü boyamaq istəyindədir.
Bütün təhlil göstərir ki, Fərhad Əhmədov Azərbaycana göndərilməklə vaxtilə İvanişvilinin Gürcüstanda, Vardanyanın Xankəndində reallaşdırdığı missiyanı gerçəkləşdirməli idi. Moskva tərəfindən belə cəhdlər 2013-cü ildə "Milyarderlər İttifaqı"ını yaradılmasında və Rüstəm İbrahimbəyovu müxalifətin cəmləşdiyi Milli Şuraya sədr gətirilməsində də özünü aydın büruzə vermişdi.
Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?
Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində…
İndi isə başqa məsələ maraqlıdır.
Priqojinlə səs yazısından sonra gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun… Olacaqmı? Lent.az / konkret.az

Siyasi     Baxılıb: 373   Tarix: 30 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü - FOTOLAR

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.  xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb. Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan il

Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı

PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasında keçirilən görüş zamanı silahlı mübarizənin dayandırıldığını və bundan sonra demokratik siyasətə üstünlük veriləcəyini açıqlayıb. -ın xəbərinə görə, bu barəd

Səfirlik bəyanat yaydı: Prezidentin korteji otelə yaxınlaşarkən

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb. KONKRET.azreport-a istinadla xəbər verir ki, bəyanatda bildirilir ki, fevralın 19-d

Xaricdə yaşayan təxribatçılar, söyüş blogerləri Azərbaycana gətirilir? - AÇIQLAMA

"Azərbaycanın inkişafını gözü götürməyən təxribatçılar gec-tez ölkəmizə gətirilərək  və Azərbaycan ədaləti qarşısında cavab verəcəklər". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. 

Energetika əməkdaşlığında yeni mərhələ

Azərbaycanın xarici siyasətində və iqtisadi strategiyasında energetika sahəsi hər zaman xüsusi yer tutub. Son illər bu sahədə atılan addımlar isə ölkəmizin regional və qlobal enerji xəritəsində mövqelərini daha da möhkəmləndirir

Vardanyana 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır" - Deputat

"Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyan barəsində çıxardığı 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır". Bu sözləri -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyay

Ukrayna nümayəndə heyəti Cenevrədə Medinski ilə ayrıca görüşü təsdiqlədi

Ukraynanın danışıqlar üzrə nümayəndə heyəti Cenevrədə Rusiya tərəfinin nümayəndəsi Vladimir Medinski ilə ayrıca görüşün keçirildiyini təsdiqləyib. KONKRET.azxəbər veri ki, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizli

Qəzzaya 7 milyard ayrıldı

ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. KONKRET.azxəbər verir ki, Amerika lideri Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib. "Mə

ABŞ ilə İran razılığa gəldi — Nə dəyişəcək?

Son günlər İran və ABŞ arasında mümkün razılaşma xəbərlərinin qlobal bazarlarda qızılın qiymətinə dərhal təsir göstərməsi diqqət çəkir. Bu vəziyyət geosiyasi risklərin maliyyə bazarlarına nə qədər həssas olduğunu bir dah


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler hava haqqinda sonxəbərlər metbuat