Sinan Oğan da namizədlikdən çəkilə bilər
Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.
KONKRET.az xəbər verir ki, türkiyəli məşhur jurnalist İsmail Saymaz maraqlı iddia ilə çıxış edib.
O, ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın namizədi Sinan Oğanın da namizədlikdən geri çəkilə biləcəyini açıqlayıb.
"Mənbələrdən mənə gələn bilgilərdə Sinan Oğanın da namizədliyini geri götürəcəyi barədə məlumatlar var", – o bildirib.
Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.//Modern.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi