Sinem Kobal əri Kənan İmirzalıoğlu ilə tanış olduğu anları anlatdı: "Qolumdan tutub çəkdi..." - FOTO
Sinem Kobal əri Kənan İmirzalıoğlu ilə tanış olduğu anları anlatdı: "Qolumdan tutub çəkdi..." - FOTO
Məşhur türkiyəli aktyor Kənan İmirzalıoğlunun həyat yoldaşı, aktrisa Sinem Kobal qatıldığı "YouTube" proqramında səmimi açıqlamalar verib.
2016-cı ildə Kenan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal tanış olduqları anlardan və ərinə olan sevgisindən danışıb.
Uzun müddətdir ekranlardan uzaq olan 36 yaşlı aktrisa "İbrahim Səlimlə bu gecə" "YouTube" proqramına qonaq olub. Aparıcının - "Kənan İmirzalıoğlu ilə tanış olduğunuz anı xatırlayırsınızmı?" - sualına cavabında Kobal onu görən kimi aşiq olduğunu deyib.
"Heç unudarammı? Görən kimi aşiq olduğum bir insandır. İlk dəfə qarşılaşdığımız zaman, təbii ki, enerjisi ilə məni heyran qoymuşdu. Qolumdan tutub çəkdi deyə bilərəm. Mən də eləcə qaldım təbii ki", - deyə Sinem Kobal bildirib.
Aktrisa, həmçinin evlilik haqqında fikirlərini də bölüşüb. "Məsələ əslində evlilik deyil. Məsələ həyatınızı birlikdə keçirmək istədiyiniz insanla yaşadıqlarınızla bağlıdır. Paylaşdığınız sevgi, hörmət və göstərdiyiniz səylər önəmlidir. Bunlara sahibsinizsə, evlilik də gözəlləşir, sevgililk də. Sırf evlənmək xatirinə evlənməyi düzgün hesab etmirəm. Bir-birini sevən iki ruh qarşılaşdıqları zaman evlilik də gözəl bir yola çıxmış olur. Bu, özünü daha güclü hiss etməyinə imkan verir. Evlilik və ailə anlayışı hər zaman öz dəyərini qoruyur", - deyə aktrisa əlavə edib.
Sinem Kobal, həmçinin ekranlara geri dönməsi ilə bağlı da məlumat verib.
"Ekranda olmaq üçün çox darıxmışam. Yaxın zamanda dönmək istəyirəm, inşallah. Məni həyəcanlandıran bir şey var, amma dəqiq olanda açıqlayacağam", - deyə o qeyd edib.









Mənbə: Haber Global / oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var