Siqaretin qiyməti YENƏ ARTACAQ

Siqaretin qiyməti YENƏ ARTACAQÖtən ay Azərbaycan 8,2 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Hesabat dövründə ölkənin tütün idxalı xərcləri ötən ilin eyni ayı ilə müqayisədə 40,2% azdır. Tütün idxalının 40 faizə qədər azalması ölkəmizdə yerli tütün plantasiyalarının artması ilə əsaslandırılır.
Əgər tütün plantasiyaları artırsa, o zaman siqaret və tütün məmulatlarının qiyməti niyə artır?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, tütün məmulatlar və digər sağlamlıq üçün zərərli olan məhsulların qiyməti Beynəlxalq Ticarət Konvensiyasının şərtlərinə uyğun olaraq artırılır:
"Ölkəmizdə tütün plantasiyalarının sayı hər il artır. Yerli zavodlarda tütün məmulatları istehsal olunur və tütün məmulatların sayı daxili bazarda sürətlə artır. Hələ sovetlər dönəmində tütünçülük ölkəmizdə ən inkişaf etmiş sahələrdən biri idi. Hələ Qarabağ işğal olmadan öncə də tütün məmulatları kifayət qədər çox istehsal olunurdu. Çox güman ki, işğaldan azad olunmuş ərazilərdə yenidən tütün məmulatlarının istehsalı həyata keçiriləcək".
Ekspert qeyd edib ki, tütün məmulatlarının qiyməti artacaq:
"Bütün insan sağlamlığı üçün zərərli vərdişlərə səbəb olan məhsulların aksiz vergisi artırılacaq. Bu da daxili bazarda siqaretin qiymətinə 10 -30 qəpik təsir edəcək".
Digər ekspert Akif Nəsirli hesab edir ki, yerli istehsal olunan tütün məmulatları daxili bazarın tələbatını ödəmək üçün yetərli deyil:
"Hər bir sahədə problem olduğu kimi tütünçülüyün də öz problemi var. Burada əsas problem intisarın olmasıdır. İnhisarçılar tütünün mövcud dəyərindən aşağı qiymətə alırlar. Bu barədə fermerlər tez-tez şikayət edirlər. İnhisar çox olduğu sahədə inkişafdan söhbət gedə bilməz. Bu, sırf inhisarın olduğu mühitdən yaranan problemlərdir".
Ekspert bildirib ki, bütün sivil dünyada siqaretin qiymətinə yanaşma fərqlidir:
"Bir çox ölkələrdə siqaret mövcud qiymətindən baha təklif olunur. Eyni zamanda, azyaşlı uşaqların siqaretdən istifadə etməməsi üçün daha baha qiymətə təklif edirlər. Belə praktika hər zaman effektiv olmasa da, qismən bəhrəsini vermiş olur". / "Cebhe.info"

Sosial       Tarix: 19 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az azerbaycan son xeber bugun enson xeberler cəbhədən son məlumatlar