Sisinin həbsi tələb olunur - Avropadan ŞOK ADDIM
Misir Prezidenti Əbdülfəttah Sisinin həbsi tələb olunur.
Publika.az xəbər verir ki, Mərkəzi Londonda yerləşən Beynəlxalq Ədalət Palataları (Guernica 37) London Terrorla Mübarizə Təşkilatından Sisinin İngiltərəyə səfərindən əvvəl Misir hökuməti və dövlət qurumları əleyhinə işgəncə iddialarının istintaqını istəyib.
"Guernica 37" Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin məhkəmə iclasında ölməsində Sisini günahlandırır.
Təşkilata müraciət məktubunda Mursinin ölümü və ölümündən əvvəl onun işgəncəyə məruz qalması faktının araşdırılması tələb olunub. Açıqlamada Mursinin işgəncəyə məruz qalmasından Sisinin xəbərsiz olmadığı, bu işgəncələr səbəbindən öldüyü vurğulanıb. Bildirilib ki, Mursinin ölümünə səbəb olanların cəzasız qalmasına icazə verilməyəcək.
Məhz buna görə Sisi haqqında həbs qətimkan tədbirinin seçilməsi tələb olunub.
Qeyd edək ki, "Guernica 37" daha əvvəl Birləşmiş Millətlər Təşkilatından Mursinin ölümü ilə bağlı müstəqil araşdırma aparılmasını tələb etmişdi.
Xatırladaq ki, "Müsəlman Qardaşlar"ın əfsanəvi liderlərindən biri olan Məhəmməd Mursi 2012-ci ildə demokratik üsulla prezident seçilmişdi. Dövlət çevrilişi ilə prezidentlikdən uzaqlaşdırılaraq həbsə atılan Mursi 17 iyun 2019-cu ildə məhkəmə iclasında ürək infarktı keçirərək ölmüşdü.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi