Siyasi BİCLİK və səmimi GİCLİK: İrəvan sülhə, Xankəndi savaşa hazırlaşır - ŞƏRH

Siyasi BİCLİK və səmimi GİCLİK: İrəvan sülhə, Xankəndi savaşa hazırlaşır - ŞƏRHNikol Paşinyan: "Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsinin mətni Vaşinqtondadır və hazırda son dəyişikliklər edilir. Ola bilsin ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh müqaviləsi imzalansın".
KONKRET.azxəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton səfəri və aparılan müzakirələrdən sonra Nikol Paşinyanın bəyanatları savaş qorxulu yox, sülh qoxuludur.
Ermənistan baş nazirinin 3 may tarixindəki ən önəmli 3 bəyanatından birini yuxarıda qeyd etmişik. O ki qaldı digərlərinə:
– Ermənistan Respublikası bəyan etməlidir ki, onun ərazi iddiası yoxdur və heç vaxt da olmayacaq.
– Bu, bizə dövlətə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda dörd tərəf hər şeyi edəcək ki, biz dövlət kimi var olmayaq.
Ermənistan rəhbərinin çıxışlarına şərh verməzdən öncə Prezident İlham Əliyevin çox önəmli bir xatırlatmasını qeyd edək:
"Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik".
İndi ərazi iddialarına son qoymaq barədə çərənləyən Paşinyan II Qarabağ müharibəsindən əvvəl "Qarabağ Ermənistandır və nöqtə" bağırırdı. Sadəcə 44 günlük savaş nəticəsində İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida"sı erməni liderin nöqtəsini sildi. Həmin nöqtə heç suala da çevrilmədi, çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bu, "Artsax" tipli müzakirə predmeti ola bilməz.
İndi Paşinyanın siyasət saydığı bəyanatlarında səmimiyyət axtaraq. Mayın 3-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ararat Mirzoyanla Ceyhun Bayramovun Vaşinqtonda bir araya gəlməsi, Ermənistan və Azərbaycan arasında sülhün ABŞ masasında imzalanacağı, üçtərəfli bəyanatla vasitəçiliyini təmin etmiş Kremlin prosesdən kənarda qalması haqqında sualı cavablandırıb. Zaxarova bildirib ki, Vaşinqton görüşünün nəticəsi bəlli olmadan Moskva sözügedən danışıqlara münasibət bildirməyəcək. Onun sözlərinə görə, yekun olaraq tərəflər arasında razılaşdırılmış və sual altında qalan məsələlərin müzakirəsi Rusiyada aparılacaq.
Bir sözlə, Rusiyanın vasitəçilikdən imtina etmək fikri yoxdur.
Paşinyanın yazını başladığımız çıxışında isə sülh müqaviləsinin Vaşinqtonda olduğu, mətndə son dəqiqləşdirmə işlərinin aparıldığı qeyd olunub. Nəzərə alsaq ki, Ukrayna fiaskosu yaşayan Rusiya Kremldə dron partlayışlarına tamaşa edəcək qədər aqressivdir, Nikolun bu bəyanatı Moskvanı yeni savaşa təhriketmə xarakteri də daşıya bilər. İsbat kimi Qarabağdakı separatçıların etiraz aksiyaları, "müstəqillik" naminə imza toplamaqlarını göstərmək olar.
• İmza və qondarma "müstəqillik" Moskvanın sovetdənqalma taktikasıdır.
• Dünyada qismən tanınan və tanınmayan 14 respiblikadan 5-i – Cənubi Osetiya, Abxaziya, Dnestryanı Moldova, Donetsk, Luqansk (Putinin 30 sentyabr qərarına görə Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətləri Rusiyanın tərkib hissəsidir) Rusiyanın layihəsidir.
• Əslində qondarma "Artsax" (Dağlıq Qarabağ Respiblikası) da Kremlin hələ SSRİ dövründən qalan planıdır.
• 1923-də "Dağlıq Qarabağ Muxtar Vilayəti"ni yaradan ilk bolşeviklər həmin əraziyə erməniləri köçürtməyi sürətləndirmişdi.
• SSRİ-nin son rəhbəri Qorbaçov isə Azərbaycana tabe muxtariyyəti Ermənistan SSR-in tərkibinə qatmaq istəyirdi.
• Bu isə I Qarabağ savaşına və Sovet İttifaqının parçalanmasına gətirib çıxartdı.
Növbəti oxşar cəhd Rusiya Federasiyasının parçalanmasını tezləşdirər. Onsuz da Qərbin belə bir niyyəti var. Çünki Rusiyanın ən böyük əraziyə malik olması planetdəki təbii ehtiyatların qeyri-bərabər bölgüsünə yol açır. Superdövlətlər isə xırda dövlətlərə ağalıq etməyə öyrəşib. Rusiya 8 respublikaya bölünsə, həmin dövlətlərin bəziləri ABŞ, bir qismi Böyük Britaniya, Fransa, Yaponiyanın təsiri altında olacaq. Putinin rəhbərlik etdiyi qonşumuzun parçalanması üçün ilk növbədə iqtisadi tənəzzül gərəkdir. Buna nail olmaq üçün Qərb sanksiyalarını Kremldən əsirgəmir.
RF-nı parçalayacaq digər səbəb ikinci cəbhənin açılmasıdır.
Ukraynada – qərb sərhədlərində NATO ilə savaşdığını deyən Rusiya cənubda da bənzər gərginliyə tab gətirməz. Əgər Moskva sülhə mane olmaq üçün "Artsax" vabankına getsə, Azərbaycan ilə Türkiyənin imzaladığı Şuşa bəyannaməsi işə düşəcək. Bu isə ikinci NATO-Rusiya cəbhəsinin açılmasıdır. Siyasi prosesləri izləyən oxucular deyə bilər ki, İran da Rusiyaya kömək edəcək və Ankaranın işi çətinə düşəcək. Məntiqli və real rəydir. Amma…
– İrandan qisas almaq istəyən, parçalamaq fürsəti gözləyən İraq, Əfqanıstan, Səudiyyə Ərəbistanı, ən əsası da İsraili unutmaq olmaz.
Paşinyanın şərh etdiyimiz çıxışı Rusiyaya qarşı primitiv şantaj mahiyyəti də kəsb edə bilər. Məqsəd Moskvanın Bakıya təzyiqi nəticəsində Laçın sərhəd-buraxılış məntəqəsinin ləğvi, yaxud İrəvana silah yardımı olsa belə, təəccüblü heç nə yoxdur.
O ki qaldı Nikolun Ermənistanı ərazi iddialardan imtinaya çağırmasına, Paşinyan hökuməti "muatsum" ideologiyalı əhalisini 3 ildir ki, mövcud reallıqlara tam öyrəşdirə bilməyib. Erməni xalqının psixologiyasını müalicə etmək istəyən Nikolun özü də ruhi xəstə dərmanları atmasaydı, bəlkə də haylar sülhə daha tez öyrəşərdilər. Lakin Paşinyanın ərazi iddialarından əl çəkməyən Ermənistanın süquta uğrayacağına eyham vurması İrəvan üçün real təhdiddir. Avropanın siyasi eqidası ilə maraqlanan dostlarımdan birinin sözlərinə inansaq, yaxın illərdə Ermənistan ərazisinin müxtəlif ölkələr arasında bölünməsi nəzərdə tutulub. Səbəb isə sülhsevər olmayan İrəvanın qlobal iqtisadi proyektlərə maneəçilik törətməsidir. Əlbəttə ki, masson oyunları bizi aşar, amma Paşikin son oyunlarına diaqnoz qoymaq asandır:
Siyasi biclik və səmimi giclik…
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 04 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə xabarlar maşın realiti şou cebheden xeber