Siyavuş Novruzov: "İranın nə əqidəsi, nə inancı, nə də inamı var
"İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır".
Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var idi: "Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar". Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır. Burdakı insanlar Azərbaycan xalqına, dövlətinə, Prezidentinə inananlar, onun ətrafında sıx birləşənlərdir", - o, vurğulayıb.
"Həmin şəxslər bu terror faktı ilə bağlı gözümüzü qorxutmaq istəsələr də, səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Biz öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik" - S.Novruzov əlavə edib.
O söykəyib ki, İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb:
"Orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki, bizim də kifayət qədər gücümüz və qüvvətimiz var".
///Report / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir