Siyəzəndə "Baba" ləqəbli narkotacir tutulub
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələr satmaq məqsədi ilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, rayonda "Baba" ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş M.Paşayev idarə etdiyi "Lada" markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU