Siyəzəndə karantini pozanlar cərimələnib
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib.
Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib. Şöbə əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib