Siz heç vaxt efirə qayıtmayacaqsınız' - Tolikdən sərt sözlər
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin sosial mediadakı paylaşımı müzakirələrə səbəb olub.
azxeber.com xəbər verir ki, o, ad çəkmədən bəzi aparıcılara sərt sözlərlə müraciət edərək onların fəaliyyətini tənqid edib.
Tarix Əliyev paylaşımda hazırkı vəziyyətindən asılı olmayaraq onun qazanc imkanlarının olduğunu, bəzi aparıcıların isə gələcəkdə efirə qayıda bilməyəcəyini deyib:
"Bir-iki aparıcıya demək istəyirəm ki, rahat olun. Mənim bu işim olmasa belə, başqa yerdən qazancım var. Amma siz heç vaxt efirə qayıtmayacaqsınız. Ətrafınızdakı bir-iki nəfər var ki, mənimlə bu mövzuda danışmısınız. Mən heç olmasa olduğum yerdə öz ritorikamı qoruyuram, amma sizin it dəftərində adınız yoxdur. Yazıqlar olsun sizə. Bax, belə vəziyyətə düşməyiniz təsadüfi deyil - Allah sizin başınızdan vurub."
O ad çəkmədən bəzi həmkarlarını kompleksli və lazımsız adlandırıb:
"Bilirsiniz niyə bu vəziyyətə düşdünüz? Çıxıb özünüzü böyük hesab etdiniz, düşündünüz ki, sizdən üstünü yoxdur. Bu gün isə cəmiyyət içinə çıxa bilmirsiniz, dəvət olunan yerlərə gedə bilmirsiniz, insanların arasına qarışa bilmirsiniz, çünki kompleksiniz var. Çünki yaxşı bilirsiniz ki, siz yalnız efirdə olduğunuz zaman lazım idiniz. İndi isə heç kimə lazım deyilsiniz."
Aysel
Xidmetler [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək