"Skytrax" AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib.
azxeber.com xəbər verir ki, Milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu "Skytrax" təşkilatının keçirdiyi "World Airline Awards 2025" mükafatı çərçivəsində "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi elan olunub.
Mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində Parisdə keçirilən beynəlxalq "Paris Air Show" aviasalonu çərçivəsində baş tutub. Tədbirdə dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri və aviasiya sənayesinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
"Skytrax" kimi beynəlxalq nüfuza malik təşkilat tərəfindən yenidən təltif olunmaq bizim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur AZAL-ın regionda etibarlı aviaşirkət kimi mövqeyini daha da möhkəmləndirdiyini və beynəlxalq səviyyədə tanındığını bir daha təsdiqləyir. Biz sərnişinlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim etmək öhdəliyimizi daim qoruyub saxlayırıq," – deyə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev bildirib.
1999-cu ildə təsis olunan "Skytrax" mükafatı sərnişinlər arasında keçirilən genişmiqyaslı beynəlxalq sorğular əsasında təqdim olunur. Təşkilatın "World Airline and Airport Star Rating" proqramı çərçivəsində aviaşirkətlər və hava limanları xidmət və məhsul keyfiyyətinə görə qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları "Skytrax"ın "4 Ulduz" reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır