SN: "Sərt karantin tədbirlərinə ehtiyac yoxdur, epidemioloji vəziyyət stabildir"

SN: Bu ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun omikron ştamının yeni alt tipi EG.5 ÜST tərəfindən maraq kəsb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri isə XBB.1.16-nın səviyyəsi stabil qalmaqdadır.
KONKRET.azxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanın keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur: "Virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. Omikronun EG.5 variantına maraq məhz son dövrdə bu ştam ilə yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən ABŞ, Avropada və Sakit Okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştama çevriləcəyi proqnozlaşdırılır. Bununla yanaşı bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur. Həmçinin COVID-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştamın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur. Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştamının klinik nəticələrə təsirini öyrənmək tələb olunur. ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyatlı dövlət qurumlarının daim diqqət mərkəzindədir. Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır".//Apa

Sağlamlıq       Tarix: 14 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər valyuta məzənnələri zelzele valyuta mezennesi