SOCAR "Fənərbağça"ya sponsorluq edəcək? - RƏSMİ
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Fənərbağça" klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Publika.az-a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib:
""Fənərbağça" klubunun da rəsmən bəyan etdiyi kimi Türkiyə mətbuatında yayılan bu şayiə doğru deyil. Yəni SOCAR-ın nə "Fənərbağça", nə də digər futbol klublarını Türkiyədə dəstəkləmək və sponsorluq etmək kimi bir niyyəti yoxdur. Əvvəllər də bu cür şayiələr zaman-zaman yayılıb müxtəlif klublarla bağlı. Guya SOCAR Türkiyədə hansısa bir klubun dəstəyini öz öhdəsinə götürə bilər, sponsorluq edə bilər. Əvvəllər də bizim belə bir niyyətimiz olmadığı kimi, bu gün və gələcəkdə də elə bir planımız yoxdur".
Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında "Fənərbağça"ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb. /publika.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu