SOCAR neft və qaz hasilatını artırıb

SOCAR neft və qaz hasilatını artırıbSOCAR 2019-cu il üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.
Şirkətdən Milli.Az-a bildirilib ki, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft və qaz hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 milyon ton1 neft, 6,8 milyard kubmetr qaz hasil edilib.
Ölkə üzrə ümumi qaz hasilatı əvvəlki illə müqayisədə təqribən 17% artaraq, 35,6 milyard kubmetrə çatıb. İl ərzində ölkədə 37,5 milyon ton4 xam neft hasil edilmişdir. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil omaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında müşahidə olunur.
Hesabat ili ərzində ölkə üzrə 291 min metr , SOCAR üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib. 2019-cu ildə SOCAR və TOTAL şirkətlərinin birgə layihəsi çərçivəsində "Abşeron" yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılmışdır. "Abşeron" yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.
Ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr təşkil etmişdir. 2018-ci ilin analoji göstəricisi8 ilə müqayisədə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7% artmışdır. Artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artmışdır.
Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 milyard kubmetrə çatdırmışdır. SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi "Şahdəniz" qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub. Türkiyə bazarına ümumilikdə 9,2 milyard kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 milyard kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.
2019-cu il ərzində SOCAR tərəfindən 21,1 milyon ton xam neft ixrac olunub. Qeyd edək ki, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.
Neft emalı və neft-kimya məhsullarının ixracı 2019-cu il ərzində təqribən 2,2 milyon ton12 təşkil edib, bu da əvvəlki illə müqayisədə təqribən 22% faiz artım deməkdir. Neft- və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və "SOCAR-Polymer" kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri valyuta mezennesi