SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb

SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıbAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine" şirkəti növbəti xeyriyyə aksiyasına – məktəblilərin tibbi yardım dəstləri ilə təmin edilməsi üçün vəsaitin toplanmasına başlayıb.
Bu barədə "SOCAR Energy Ukraine" şirkətindən məlumat verilib.
Bildirilir ki, artıq hər arzulayan şəxs "Məktəblilər üçün ilk yardım dəsti" təşəbbüsünə qoşula bilər.
SOCAR-ın yanacaqdoldurma məntəqələrindən alınan hər bir xüsusi xoruz naxışlı içki stəkanından əldə olunan vəsaitin bir hissəsi məktəblilərin təhlükə anlarında həyatını xilas edəcək tibbi ləvazimatlarla təmin olunmasına yönəldiləcək. İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var.
Bu təlimatlar Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin koordinasiya etdiyi Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
"SOCAR Energy Ukraine" şəbəkəsinin direktoru İqor Orlov bildirib ki, SOCAR komandası üçün ukraynalıları, böyükləri və uşaqları dəstəkləmək hər zaman prioritetdir:
"Biz tərəfdaşlarımıza birliklərinə görə, belə mühüm layihədə iştiraka razılıq verdikləri üçün minnətdarıq. Bir tərəfdən, çox istərdik ki, bu dəstlər heç kimə lazım olmasın. Amma digər tərəfdən, çox vacibdir ki, bu ilkin tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakıların həyatını xilas edə bilsinlər".
Yelena Zelenskaya bildirib ki, Ukraynada adi insanlardan tutmuş böyük biznesə qədər hər kəsin maksimum dərəcədə bacardığını etməsini görmək inanılmazdır:
"Çünki yalnız bu yolla biz birlikdə qalib gələ biləcəyik".
"SOCAR Energy Ukraine"nin xeyriyyə layihəsinin tərəfdaşı dobro.ua xeyriyyə platforması, icraçısı isə Ukrayna Təhsil və Elm Nazirliyinin ekspert dəstəyidir.
Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, təhsil prosesinin bütün iştirakçılarının təhlükəsizliyi hərbi vəziyyət zamanı tam ştatlı təhsilin yeganə şərtidir:
"Dövlət orqanlarının, ərazi icmalarının və Təhsil və Elm Nazirliyinin tərəfdaşlarının birgə səyləri nəticəsində məktəblərin 64%-də ənənəvi təhsil imkanını yaratmaq mümkün olub. Bununla belə, bu istiqamətdə işlər davam edir. Çünki bizim üçün maksimum sayda şagirdin keyfiyyətli təhsil ala bilməsi, eləcə də həmyaşıdları və müəllimləri ilə üzbəüz ünsiyyət qurması vacibdir. SOCAR-ın ukraynalı tələbələri xüsusi tibbi dəstlərlə təmin etmək təşəbbüsü bu gün hər bir uşağın və müəllimin təhlükəsizliyi, həyat və sağlamlığının qorunması, təhsil zamanı psixoloji sabitlik üçün arzularımızın mühüm tərkib hissəsidir. Yaxşı işlərə görə məsuliyyətli biznesə təşəkkür edirəm".
Dobro.ua xeyriyyə platformasının direktoru İrina Qutsal isə bildirib ki, hazırda ukraynalı uşaqların qayğıya və diqqətə çox ehtiyacı var:
"Bunun üçün də şadıq ki, dobro.ua və SOCAR arasında əməkdaşlıq onlara həsr olunub. Uşaqlar bizim gələcəyimizdir. Onlar təkcə biliyə deyil, həm də təhlükə anlarında keyfiyyətli tibbi xidmətə fasiləsiz çıxış əldə etməlidirlər. SOCAR-da xeyriyyə stəkanında qəhvə içmək təkcə köməyə qoşularaq kömək etməkdən ibarət deyil. Bu, həm də Ukraynanın gələcək həyatına və rifahına töhfədir!"

İqtisadiyyat       Tarix: 07 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber son xeberler bugun 2026 canli sonxəbərlər cəbhədən görüntülər