Soçidə şahmat üzrə dünya kuboku yarışlarına start verildi
Rusiyanın Soçi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) dünya kuboku yarışları start götürüb.
Publika.az əbər verir ki, Şəhriyar Məmmədyarov 2782 xalla turnirin 10 ən güclü şahmatçısı sırasındadır. Onunla yanaşı onluğa hazırkı dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana, Aleksandr Qrişyuk və başqaları daxildir.
Builki dünya kuboku koronavirus pandemiyası başlayandan bəri təşkil olunan ilk iri şahmat yarışmasıdır. Kişilər arasında keçirilən turnirdə 206 şahmatçı iştirak edir. Turnirin iki qalibi 2022-ci ildə dünya çempionu adı uğrunda mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 892 min 500 dollardır. Qalib 110 min dollar, finalçı 80 min dollar, üçüncü və dördüncü yerlərin sahibləri 60 və 50 min dollar məbləğində mükafat əldə edəcəklər.
Xatırladaq ki, 2019-cu ildə kubokun qalibi həmyerlimiz Teymur Rəcəbov olmuşdu.
Paralel olaraq Soçidə qadınlar arasında da dünya kuboku yarışları keçirilir. Bu turnirdə isə 103 şahmatçı qadın iştirak edir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada