Soğan və kartof bu səbəbdən BAHALAŞIB
Kartof və soğanın bahalaşması ilə bağlı əhali arasında narazılıq var. Qeyd edilir ki, bazarda "Belarus" kartofu 1 manat, Şəmkir istehsalı olan kartof isə 3 manatdır. Soğanın da qiymətində artım var, belə ki, bu tərəvəzin qiyməti 2-3 manat arasında dəyişir.
Bəs görəsən, hər zaman ucuz qiymətə aldığımız bu məhsulların bahalaşmasına səbəb nədir?
KONKRET.azxəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin baha olmasına bir neçə amil təsir edir:
"Əsas üç səbəb var – inhisarçılıq, mövsümi amillər, gübrə və pestisidlərin qiymətinin artımı. Hazırda qiymət artımına bu üç amilin təsiri böyükdür. Digər tərəfdən soğan və kartofla bağlı yeni məhsulun bitməsinə qədər köhnə məhsulların qiyməti baha olaraq qalır. Bu, süni şəkildə bahalaşmaya səbəb olur. Belə ki, bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu, lakin bazarlarda daha baha satıldığını müşahidə edirik. Artıq yeni məhsulların bitməsinə az qalıb, fikrimcə, qiymətlər aşağı enə bilər. Lakin bu qiymətlər ötən ilkinə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40 faizə qədər, pomidorun qiymətində isə 100 faizədək artım müşahidə olunur".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur