ŞOK TƏFƏRRÜAT: İran ABŞ-dakı erməni lobbisi ilə
Rəsmi Tehran indi də maraqlarını təmin etmək üçün Ermənistandan vasitəçi qismində istifadə etmək niyyətindədir. İranlı və erməni diplomatlar arasındakı son təmaslar buna sübutdur.
Məlumatlı mənbələrdən verilən informasiyalara görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns postuna təyin ediləndən az sonra İranın Ermənistandakı səfiri Abbas Zohuri onunla görüşmək istədiyini deyib.
Makuns istəyə müsbət cavab verib, görüş baş tutub.
Görüş əsnasında A.Zohuri Makunsdan xahiş edib ki, İranın maraqlarının ABŞ-da təmin olunması üçün erməni lobbisinin köməyinə şərait yaradılsın.
İranlı diplomat işarə vurub ki, 44 günlük İkinci Qarabağ Müharibəsində İranın Ermənistana verdiyi dəstəyin müqabilində rəsmi Tehran Birləşmiş Ştatlarda güclü olan erməni lobbisinin yardımlarına və dəstəyinə bel bağlayır.
İranın əsas məqsədi Konqresdə dayaqlara malik olmaq, sonra Ağ Evə müəyyən təsir imkanlarına yiyələnmək və bu minvalla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların yumşalmasına nail olmaqdır.
Trend-in məlumatına görə, sözügedən məsələdə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir sıra ermənipərəst konqresmenlər "resursları paylaşmağa" və Tehranın maraqlarının lobbiçiliyi ilə məşğul olmağa razılaşıblar.
Lakin A.Zohuri ilə ikinci görüşdə Ermənistanın ABŞ-dakı yeni səfiri L.Makuns çox naşı davranıb.
Belə ki, Abbas Zohuri L.Makunsdan ABŞ-dakı erməni lobbi təşkilatları ilə yanaşı, yəhudi qurumları ilə əlaqə yaradılmasında kömək göstərilməsini istəyib.
Bu məsələdə də rəsmi Tehran erməni lobbiçilərə və onların dəstəyinə bel bağlayırdı.
Abbas Zohuri görüşdə bildirib ki, İran tərəfi danışıqlara heyət ayırmağa və Birləşmiş Ştatlardakı yəhudi təşkilatların nümayəndələri ilə sadəcə, Vaşinqtonda yox, İrəvanda, hətta üçüncü ölkədə görüşməyə hazırdır. Fəqət, bu görüş Ermənistanın vasitəçiliyi ilə olmalıdır.
Lakin "sövdələşmə" baş tutmayıb.
ABŞ-dakı yəhudi təşkilatları belə təmaslardan qətiyyətlə imtina edərək ermənilərlə İrana rədd cavabı veriblər. ("Milli.Az") /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür