ŞOK: Tramp 2 trilyonluq silahlarını İrana qarşı göndərir - SEPAH isə ABŞ-a bu mövqedən hücum edəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra iki ölkədən təhdid mesajları gəlməkdə davam edir.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tvitterində yenidən İranı hədələyib.
"Onlar (İran) bizə hücum etdi. Biz də qarşılıq verdik. Əgər yenə hücum edərlərsə - ki bunu etməmələrini tövsiyə edirəm – onları daha əvvəl heç olmadığı qədər sərt şəkildə vuracağıq",- Tramp yazıb.
İkinci paylaşımında isə ABŞ-ın hərbi silahlar üçün 2 trilyon xərclədiyini vurğulayıb: "Biz dünyanın ən böyüyü və yaxşısıyıq! İran bir Amerika bazasına və ya bir amerikalıya hücum edərsə, bu, yeni və gözəl silah-sursatlardan bəzilərini tərəddüd etmədən onlara göndərərik".
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kirman əyaləti komandanı Qulam Əli Əbu Həmzə isə ABŞ-dan gələn təhdidlərə cavab olaraq ABŞ-ın bölgədəki kritik nöqtələrini təsbit etdiklərinii bildirib. O, ABŞ-I Hörmüz boğazında hədəf alacaqlarına işarə edib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək