Şolts Ukraynanın bu istəyinə "YOX" DEDİ
Almaniya Ukraynaya 500 kilometrə qədər mənzilli "Taurus" qanadlı raketləri verməkdən imtina edib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Olaf Şolts çıxış edib.
"Amerika Prezidenti ilə bölüşdüyüm bir prinsip var ki, biz təchiz etdiyimiz silahların Rusiya ərazilərini vurmaq üçün istifadə olunmasını istəmirik", – deyə siyasətçi ARD telekanalına müsahibəsində bildirib.
Almaniyanın bu qərarını Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa şərh edib.
Onun sözlərinə görə, Berlin münaqişənin gərginləşməsi riskinə görə Ukraynaya uzaqmənzilli raketlər göndərmək istəmir.
Xatırladaq ki, 2023-cü ilin may ayının sonunda Ukrayna Moskvanı vura biləcək "Taurus" raketlərinin tədarükü üçün Almaniyaya rəsmi sorğu göndərib. Daha sonra Kiyev Berlindən bir neçə "Leopard 2" tankı və 60 "Marder" piyada döyüş maşını tələb edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi