Son 10 gündə 3 tələbə ürəktutmadan vəfat edib - Ekspert səbəbləri açıqladı

Son 10 gündə 3 tələbə ürəktutmadan vəfat edib - Ekspert səbəbləri açıqladıSon günlər gənclər arasında ürək problemlərindən, infarktdan həyatını itirənlərin sayının artması narahatlığa səbəb olub. Son 10 gün ərzində 3 tələbə infarkt səbəbindən vəfat edib.
Ürək xəstəliklərindən ölüm faktları dünya miqyasında ilk pillədədir. Hazırda ürək xəstəlikləri gənclərdə daha çox ölümlə nəticələnir. Həddindən çox qəbul olunan içki, siqaret, sağlam olmayan qidalanma və stress kimi faktorlar ürək xəstəliklərinə təkan verir.
Qida mütəxəssisi Ağa Salamov azxeber.com-a bildirib ki, hazırda baş verən ürək xəstəlikləri birbaşa yediyimiz qidalarla əlaqəlidir:
"Bu ölümlərdə qidaların böyük rolu var, amma burada həyat tərzi də rol oynayır. Bu dəqiqə şəhərlərin qloballaşmasının da ölümlərə böyük təsiri var. İşlərin əksəriyyəti şəhərlərdədir, insanlar Bakıya üz tutur. Tıxac başda olmaqla, iş həyatı və iqlim dəyişikliyi əmələ gəlir. Son 10 ildə Azərbaycanda maşınların sayında artım var. Bu maşınların tüstüləri havanı kirləndirir. Bundan başqa, insanlar dənizləri də kirləndirir. Çünki plastiklər, zibillər dənizə atılır. Balıqların yeminə çevrilən politelinlər, plastiklər axırda bizim süfrəmizdə qidamıza çevrilir. Zərərli vərdişlər də insan ölümündə mühüm rol oynayır. Qazlı içkilər, fast-food da təbii ki, öz sözünü deyir. Aqressiv qidalanma adını qoymaq olar. Aqressiv qidalanma insanın özünün də bilmədən çox bərbad qidalanmasıdır. Zərərli qidalara yağları da əlavə etmk olar. Misal üçün uşaqları aparırıq restorana ilk sifariş etdiyimiz qida növü fast-food olur. Kartof fri trans yağla hazırlanan qidadır. Trans yağ da ürək-qan-damar sisteminin bir nömrəli düşmənidir. İnsan nə qədər torpaqdan uzaqlaşacaq, torpaqdan çıxan orqanik qidalardan uzaqlaşacaq, bir o qədər də problemlər artacaq".
Son 10 gündə 3 tələbə ürəktutmadan vəfat edib - Ekspert səbəbləri açıqladıEkspert ürək xəstəliklərin simptomlarından da danışıb: 
"Ürək xəstəlikləri adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir. Sıx-sıx müşahidə edilənlər: sol qolda, kürəkdə, sinədə və qarın boşluğunda ağrı, yanma, çırpınma, nəfəs alıb-vermədə çətinlik, ürəkgetmə, gecə tez-tez sidiyə çıxma. O cümlədən əl-ayaq barmaqlarında və dodaqlarda göyərmə, qarın bölgəsində və ayaqlarda şişmə, halsızlıq, tez yorulmaq və öskürək kimi sıx sıx rastlanan digər əlamətlərdir.
Araşdırmalara görə, ürək xəstəliklərinə səbəb olan bir neçə hal var. Bunlardan ən risklisi və həlli mümkün olmayan genetik səbəbdir. Əslində, daha əvvəl ürək narahatlığı yaşayan, infarkt keçirən insanların yenidən infarkt olma risk daha yüksəkdir. İrsi yolla keçən xolesterol da müalicə edilmədiyi təqdirdə infarkt və gənc yaşda ölümlərə səbəb ola bilər.
Stresli insanlarda ürək xəstəlikləri daha sıx görülür. Eyni zamanda şəkər xəstəliyi də yüksək səviyyədə risk təşkil edir. Ürək xəstəliklərinə səbəb olan digər risk amilləri düzgün qidalanmamaq, siqaret, spirtli içki kimi zərərli vərdişlər, yüksək təzyiq, piylənmə, nizamsız həyat şəkli, hərəkətsizlik və yuxu problemləridir.
Ayşən

Sosial       Tarix: 01 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber ən son xəbərlər kriminal xəbər.az