Son bir ildə milyarder statusunu itirən şəxslərin sayı AÇIQLANDI
Son bir ildə 254 nəfər milyarder statusunu, qalan 2640 sahibkar isə ümumilikdə 500 milyard dollar itirib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, ən çox zərər çəkən milyarderlər arasında bir ildə 57 milyard dollar sərvət itirən "Amazon" şirkətinin sahibi Ceff Bezos da var.
Belə ki, 2022-ci ildə "Amazon" 2014-cü ildən bəri ilk dəfə itki ilə üzləşib və təxminən 2,7 milyard dollar itirib. Bunun əsas səbəbi şirkətin 2022-ci ildə avtomobil istehsalçısı "Rivian"a sərmayə qoyması olub.
Qeyd olunub ki, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Maskın sərvəti 39 milyard dollar azalıb.
Belə ki, "Tesla"nın baş direktoru 2022-ci ildə təxminən 100 milyard dollar itirib. Sahibkarın şirkəti Çində sərt məhdudiyyətlər səbəbindən iqtisadi çətinliklə üzləşib.
Bundan əlavə, 350 mindən çox "Tesla" avtomobili proqram təminatı ilə bağlı problemlərə görə Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən geri çağırılıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur