SON DƏQİQƏ: ABŞ-dan gözlənilməz İDLİB QƏRARI: rus və türk ordusunun olduğu yerə...
ABŞ Suriyanın İdlib şəhərinə hərbi müdaxilə etməyəcək.
Publika.az xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Obrayen açıqlayıb.
"Atlantic Council" beyin mərkəzində İdlibdəki son vəziyyətlə bağlı danışan müşavir bildirib ki, Suriyada dinc sakinlərin qətliamının dayandırılmasını yüksək səslə söyləməyə davam edəcəklər. Lakin oraya hərbi qüvvə göndərməyəcəklər.
Bəşər Əsəd rejimi ilə birlikdə Rusiya, İranın da türk ordusu və əməkdaşlarına hücum etdiyini dilə gətirən Obrayen "beynəlxalq polis kimi oraya paraşütlə düşüb hücumları dayandırmağımızı gözləyirlər?" şərhi ilə ABŞ-ın vəziyyətə baxış bucağını açıqlamış olub.
"İdlibdə vəziyyət çox pisdir. Əsəd çox pis aktyordur. İranlılar da həmçinin. Ruslar və türklərin addımları vəziyyətə köməkçi olmur. Lakin biz rusların, iranlıların və ya Əsədin bütün hərəkətlərini dayandırmaq pozisiyasında deyilik. Oradakı vəziyyəti sona çatdıracaq sehrli nəsə yoxdur", - müşavir əlavə edib.
Qeyd edək ki, Bəşər Əsəd rejimi son bir həftə ərzində İdlibdəki 4 türk müşahidə məntəqəsini və 2 strateji hərbi nöqtəni mühasirəyə alıb. Türk ordusu Əsədin 115 hərbi məntəqəsini atəşə tutub və 101 ünsürünü məhv edib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək