SON DƏQİQƏ: ABŞ dəhşətli hücuma başladı - Əsədin mövqeləri DARMADAĞIN EDİLDİ/VİDEO (YENİLƏNDİ)
ABŞ əsgərləri ilə Suriya ordusuna bağlı qüvvələr arasında Qamışlı şəhərində yaşanan qarşıdurmadan dsonra Rusiyaya aid hərbi birliklər bölgəyə göndərilib.
xəbər verir ki, bu barədə "Anadolu" agentliyi informasiya yayıb.
***
15:42
ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimalında yerləşən Haseki bölgəsinə aviazərbələr endirib.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ əsgərləri onların qarşısını kəsən Bəşər Əsəd rejiminin 2 strateji mövqeyini bombardman edib və bir nəfəri zərərsizləşdirib.
Belə ki, agentliyə etibarlı mənbələrindən verilən məlumata görə, səhər saatlarında rejimə sadiq qüvvələr çox sayda "Şəbbiha" qruplaşması Haseki-Qamışlı yolu üzərindəki Xırbət Ammo kəndində Əsəd rejiminə aid nəzarət məntəqəsində ABŞ konvoyunun keçidinə mane olub. İnsident də məhz bu səbəbdən baş verib. Mənbələr konvoyun yolunu kəsənlərdən bəzilərinin silahlı olduğunu və tərəflər arasında yaşanan gərginliyin ardınca bir milisin amerikalı əsgərlərin açdığı atəş nəticəsində öldüyünü bildirib.
Olaydan sonra amerikalı əsgərlər avtomobillər ilə Haseki şəhər mərkəzinə qayıdıb. Mülki geyimdə olan "Şəbbiha"lar isə dağılışıb. Bundan sonra Hasekidəki Təl-Bəydər bazasından havaya qalxan 2 ABŞ qırıcısı rejimin iki nöqtəsinə hücum edib.
ABŞ əsgərlərinin nəzarətində olan yerlərdə rejim ordusu və İran dəstəkli xarici terrorçu qruplaşmalara aid bəzi hərbi nöqtələrin olduğu məlumdur.
***
15:21
ABŞ Suriyanın şimalında Bəşər Əsəd rejiminin mövqelərini bombalayır.
xəbər verir ki, bu barədə "News Observatory" informasiya yayıb.
Bildirilib ki, aviaəməliyyatlar ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən gerçəkləşdirilir.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək