SON DƏQİQƏ! Bazarda yeni "müharibə" başlayır

SON DƏQİQƏ! Bazarda yeni  "Trendyol" və "Temu" kimi alış-veriş şirkətlərindən sonra Rusiyanın "Ozon" platforması da Azərbaycan bazarına daxil olub. Bu məsələ artıq yerli satıcıların narazılığına səbəb olub. Sözügedən şirkətlərdə qiymətlər münasib olsa da, məhsulların keyfiyyəti ilə bağlı neqativ nüanslar ortaya çıxır.
Maraqlıdır, adı hallanan şirkətlərin Azərbaycanda pay sahibi olması yerli bazarın inkişafına, yoxsa çöküşünə səbəb olacaq? Bundan əlavə, məhsulların keyfiyyəti nə yerdədir?
KONKRET.azxəbər verir ki, İqtisadçı-ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələyə "pis" və ya "yaxşı" demək çətindir:
"Xarici şirkətlərin Azərbaycan bazarına daxil olması qaçılmaz bir reallıqdır. Belə platformalar bizim öyrəşdiyimiz ticarət məntəqələrini, mağazaları, marketləri yavaş-yavaş sıradan çıxarır.
Fikrimcə, haqqında danışdığımız tendensiya zamanla daha da intensivləşəcək. Əslində, belə platformalar nə qədər çox olarsa, inhisarçılıq da o qədər az olar. Təbii ki, bazarda pay sahiblərinin artması yerli satıcılara da mənfi təsir göstərəcək.
Yerli satıcı dedikdə söhbət xaricdən məhsul alıb Azərbaycanda satanlardan gedir. Ancaq istehlakçı məhsulu daha ucuz alacağı təqdirdə baha məhsulu seçə bilməz. Əsas odur ki, proses yerli istehsalçılara mənfi təsir göstərməsin. Söhbətini apardığımız məsələnin yerli istehsalçılara neqativ təsiri yoxdur. Kimsə öz məhsulunu istehsal edirsə, həmin şəxslərlə rəqabət aparılmır. Ümumən onu deyə bilərik ki, yerli istehsalın da vəziyyəti ürəkaçan deyil".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifariş edilən məhsulların keyfiyyətsiz çıxması ilə bağlı şikayətlər çoxdur:
"İstehlakçılar məhsulları müəyyən məsafədən aldıqları üçün əksər hallarda problem yaşayırlar. Reklamda göstərilən məhsul ilə göndərilənin fərqli olması, rəng və ölçülərin müxtəlifliyi şikayətlərə nümunədir. İstehlakçıların sifariş verdiyi məhsul onların tələbatını ödəmirsə, qaytarmaq və ya dəyişdirməkdə çətinlik çəkirlər. Halbuki, istehlakçı hüquqları ilə bağlı qanuna görə, 14 gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu məsələ ilə bağlı bəzən pullar batır, məhsul isə gəlmir. Bir sıra hallarda sifariş edilən texniki vasitələr istehlakçıya sıradan çıxmış vəziyyətdə çatdırılır. Nəticədə hansı tərəfin məhsula zərər vurduğunu sübut etmək olmur".
Sədr qeyd edib ki, hazırda onlayn və klassik ticarət ciddi rəqabətdədir:
"İnsanlar onlayn ticarətə daha çox üstünlük verirlər, çünki çeşid çoxdur, qiymət aşağıdır. Klassik ticarət nümayəndələri isə onlayn ticarətə həddindən artıq çox qısqanclıqla reaksiya verirlər, bu ticarətin pozulmasını istəyirlər".
E.Hüseynov əlavə edib ki, xarici şirkətlərin Azərbaycan bazarına daxil olması yaxşı haldır:
"Beləliklə, seçim çoxalacaq, qiymət isə azalacaq. Fikrimcə, dövlət bu məsələ ilə bağlı balanslaşdırılmış iş aparmalıdır ki, yerli, klassik ticarət tamamilə çökməsin. Sonda bu hal dövlət büdcəsinə ciddi zərbə vura bilər. Onlayn ticarət ilə bağlı şikayətləri müvafiq qurumlara yönəltdikdə bu işin öhdəsindən gələ bilmirlər, çünki alış-veriş məsafədən aparılır. Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar, adətən, metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman məhsula diqqətlə baxsınlar, iradları olduqları zaman dərhal geri qaytarsınlar".

Sosial       Tarix: 14 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə

Şişkinliyə qarşı 6 məhsul: Nə yemək və nə içmək lazımdır?

Qarın şişkinliyi milyonlarla insanın vaxtaşırı qarşılaşdığı bir problemdir. Mütəxəssislərin məlumatına görə, dünya əhalisinin təxminən 18%-i bu narahatlığı həftədə ən azı bir dəfə yaşayır və qadınlar bundan kişilərə nisbətə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri bu gunun xeberleri sonxeberler en son xeber