SON DƏQİQƏ: Ərdoğan bütün dünyaya ELAN ETDİ - Müharibə hər an başlaya bilər
"İdlib hərəkatı artıq an məsələsidir".
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında qeyd edib.
Ərdoğan bildirib ki, İdlibi Türkiyənin anti-terror əməliyyatlarındakı qətiyyətini anlamayan rejimə və onu cəsarətləndirənlərə verməyəcək: "Sadəcə sərhəd təhlükəsizliyimiz deyil, eyni zamanda, 83 milyon vətəndaşımızın hər birinin evində rahat yata bilməsi üçün kritik əhəmiyyətə sahib Suriyada, həqiqətən, dastanlara layiq mübarizə aparırıq. Hərəkat bölgəmizə doğru müdaxilələrə ən sərt formada cavab veririk. Bu bölgələrə cavabdeh ölkələr Türkiyənin qayğılarını qarşılaya bilməsə, öz başımızın çarəsinə özümüz baxacağıq. İdlibdə rejimin hücumlarını dayandırıb Soçi memorandumu çərçivəsində müəyyən edilən sərhədlərdən geri çəkilməsi üçün son günləri yaşayırıq. Öz ölkəmizdə, Rusiyada və meydanda aparılan müzakirələrdə arzu etdiyimiz nəticələri ala bilmədik. Türkiyə İdlib məsələsində öz hərəkat planlarını tətbiq etmək üzrə hər cür hazırlığını aparıb. Hər əməliyyatda olduğu kimi bu mövzuda da "bir gecə ansız gələ bilərik" deyirik".
Ərdoğan qeyd edib ki, nə bahasına olursa-olsun, İdlibi həm Türkiyə, həm də bölgə xalqı üçün təhlükəsiz hala gətirməkdə qətiyyətlidirlər.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək