SON DƏQİQƏ: Ərdoğan onları TƏHDİD ETDİ - "Məhv olacaqlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin sıradan bir dövlət olmadığını vurğulayaraq bildirib ki, heç bir qüvvənin Türkiyəyə və onun prezidentinə hədə-qorxu gəlməyə haqqı yoxdur.
KONKRET.az xəbər verir ki, Ərdoğan bu fikirləri Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının iclasında çıxışı zamanı səsləndirib.
O, Türkiyəyə və onun rəhbərliyinə qarşı təhqiramiz ifadələrin "qəbuledilməz" olduğunu qeyd edib.
"Qoy heç kim bizim təmkinimizi və sağlam düşüncəmizi zəiflik kimi qiymətləndirməsin. Biz heç kimə bu mövzuda yanılmaq imkanı vermərik. Bu xalqı əsarət altına ala biləcəyini düşünənlər anlamalıdır ki, lazım gəldikdə dağları yerindən oynatmağa gücümüz və iradəmiz var", – deyə Ərdoğan bildirib.
Prezident əlavə edib ki, "Türkiyənin 40 illik terror problemindən qurtulmasını istəməyən qüvvələr bu prosesdən narazılıqlarını gizlətmirlər".
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunu ABŞ və İran arasında aparılan danışıqlarla bağlı mövqeyinə və Prezident Ərdoğana yönəlmiş tənqidlərinə görə sərt şəkildə qınamışdı. Nazirliyin bəyanatında qeyd olunub ki, İsrail regionda davam edən sülh danışıqlarını pozmağa və öz ekspansionist siyasətini davam etdirməyə çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK