SON DƏQİQƏ: Ermənistan Paşinyan, Putin və Əliyevin mümkün görüş ilə bağlı AÇIQLAMA YAYDI
Ermənistan hökuməti avqustun 31-də Moskvada baş nazir Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcəyi barədə yayılan xəbərləri nə təkzib nə də təsdiq edib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan "Armenia Today"ə müsahibəsində mümkün Paşinyan-Putin-Əliyev görüşü ilə bağlı bunları deyib:
"Baş nazirin bütün səfərləri barədə məlumat vaxtında və lazımi qaydada verilir".
Qeyd edək ki, Bundan əvvəl "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazıb ki, avqustun 31-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında görüş planlaşdırılıb.
"Armenia Today" xəbər verib ki, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Ermənistan və Azərbaycanın iki ölkə liderlərinin mümkün görüşü ilə bağlı danışıqlar apardığını açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?