SON DƏQİQƏ: "İran rejimi dağılır - Güney azərbaycanlıları payızda ayağa qalxacaq"
"Molla rejiminin sıradan çıxarılması, İranın hərbi hazırlıqlarına son qoyulması Qərb dövlətlərinin hədəfindədir. Ölkənin daxilindəki inqilabçılar da xaricdən belə bir dəstəyin və təzyiqin olmasını gözləyirlər. Odur ki, həm daxildən, həm də xaricdən İran rejiminə qarşı ciddi müqavimətin təşkil olunacağını deyə bilərik".
Bu fikirləri İrandakı son vəziyyəti KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli səsləndirib.
O bildirib ki, İran rejimi hədsiz represiyalara əl atır və bununla da çoxmillətli çıxışların qarşısını ala bilir:
"Amma anti-rejim etirazlarının dayandığını düşünmürəm. İran rejimi represiya və ya digər yollarla üsyançıların, eləcə də milli azadlıq hərəkatı üzvlərinin çıxışlarına son qoya bilməz. Məsələn, Güney azərbaycanlılarının payıza doğru ayağa qalxacağı gözlənilir. Üstəlik, İranın müxtəlif yerlərində, eləcə də Təbrizdə inqilabi çıxışları divarlara yapışdırırlar. Eyni zamanda Bəzz qalasına yığışaraq Güney Azərbaycanın müstəqilliyini tələb edirlər. Bundan başqa İranda bəlucilər kifayət qədər fəaldırlar. Etirazların böyük hissəsi cümə namazından sonra baş verir. Rejim isə bu etirazları polis gücünə çərçivədə saxlamağa çalışır. Odur ki, fars-molla rejiminə qarşı etirazların dayandığını düşünmürəm".
Politoloqun sözlərinə görə, irana qarşı beynəlxaql qüvvələrin koalisiyası formalaşmaqdadır:
"Bu proseslərə İsrail və ABŞ başçılıq edir. Onlar İranın nüvə hazırlıqlarına son qoymaq üçün Tehrana qarşı hərbi əməliyyatların başlanacağına dair mesajlar verirlər. Yəni indiki molla rejiminin sıradan çıxarılması, İranın hərbi hazırlıqlarına son qoyulması Qərb dövlətlərinin hədəfindədir. Bu, getdikcə daha da aktuallaşır. Görünür, ölkənin daxilindəki inqilabçılar da xaricdən belə bir dəstəyin və təzyiqin olmasını gözləyirlər. Odur ki, həm daxildən, həm də xaricdən İran rejiminə qarşı ciddi müqavimətin təşkil olunacağını deyə bilərik".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi