SON DƏQİQƏ: İranda ard-arda güclü zəlzələlər oldu - FOTO (YENİLƏNDİ)
Buşehrin Guneve bölgəsində baş verən zəlzələ nəticəsində 10 kəndə ziyan dəyib.
Publika.az xəbər verir ki, birinci təkandan bir neçə dəqiqə sonra eyni dərinlikdə 4,5 bal gücündə ikinci təkan qeydə alınıb.
Buşehr Böhran İdarəetmə İdarəsinin baş direktorunun verdiyi məlumata görə, yeraltı təkanlar Buşehrlə yanaşı, Deylam və Daştestanda da hiss edilib.
Zəlzələ ilə əlaqədar təcili toplantı keçirilib, bölgənin su, elektrik, qaz, telefon təchizatı dayandırılıb.
Qızıl Aypara Cəmiyyətinin qiymətləndirmə qrupu Buşehr, Şiraz, Fars və Kirmana 4 helikopter göndərib. Hazırda kənd və rayonlarda böhranlı vəziyyət qiymətləndirilir və zəlzələnin mümkün zərərləri barədə hesabat daha sonra açıqlanacaq.
11:30
İranda 5,9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı, nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, insan itkisi yoxdur.
Akqabay
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək