SON DƏQİQƏ: İranda DƏHŞƏT - Ölənlərin sayı 50-ni ötdü, 200 yaralı var (YENİLƏNDİ)
İran dövlət televiziyasının məlumatına görə, izdiham nəticəsində ölənlərin sayı 50-ni ötüb. 200-dən çox yaralı var. Qeyd edək ki, izdihama görə generalın dəfni təxirə salınsa da, bu dəqiqələrdə dəfn prosesi yenidən başlayıb.
***
15:51
İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd ölənlərin və yaralananların sayının artdığını deyib.
İran mediasına istinadən verdiyi xəbərə görə, o, 40 nəfər öldüyünü, 213 nəfər isə yaralandığını bildirib.
***
13:53
İranın Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimində izdiham yaşanıb.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 35 nəfər həyatını itirib, 50-yə qədər yaralı var. İran dövlət televiziyasının məlumatına görə, izdiham olduğunda təcili yardım briqadaları əraziyə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də tələfatın artacağı istisna edilmir.
Xatırladaq ki, İran İslam İnqilabi Keşikçiləri korpusunun "Qüds" qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb.
Anar Türkeş /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək