SON DƏQİQƏ! Məhərrəm İncə namizədliyini GERİ GÖTÜRDÜ
Məhərrəm İncə namizədliyini geri götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə prezidentliyinə namizəd, "Məmləkət" partiyasının sədri Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri götürüb.
"Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Mənim reputasiyamı qorumağa bu ölkənin mətbuatı və prokuroru cavabdehdir.
Başa düşə bilmirəm ki, bu qədər reputasiyama sui-qəsd edilərkən bu ölkənin prokurorları niyə hərəkət etmir?
İsrail porno saytından şəkil götürüb başını kəsib, mənim fotomu yerləşdirib dərc edirlər. Bunu paylaşanlar var.
Bütün bunlar davam edərkən bu ölkənin prokurorları və jurnalistləri bunu dilə gətirmədilər. 45 gün reputasiyama sui-qəsdi edildi.
45 gündür müqavimət göstərirəm. Son gəldiyim nöqtədə namizədliyimi geri götürürəm", – İncə deyib.
Sorğular seçicilərin təxminən 2%-nin ona səs verməyə hazır olduğunu göstərib.
Hazlırda 3 namizəd qalıb: hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, müxalifətin "Xalq Alyansı"ndan vahid namizədi Kamal Kılıçdaroğlu və Ata ittifaqının namizədi Sinan Oğan.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi