SON DƏQİQƏ: Türkiyə Azərbaycanla birgə təlimlərə başlayır
Türkiyə Silahlı Qüvvələrinin ən əhatəli qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi "Qış 2021" təlimində tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, Xüsusi Təyinatlı Komandanlıq heyəti, komandanlar və helikopterlər iştirak edəcək.
Təlim birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınamaq məqsədi daşıyır. Bundan əlavə, qarda və şiddətli soyuqda atəş açmaq, qış şəraitində təlim səviyyəsini yüksəltmək, çöldə yerləşmə, tədarük və istismar işləri, qış şəraitində komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək daxil olmaqla, qoşunların döyüş qabiliyyətini sınamaq təlimin digər məqsədlərindəndir.
Tank birlikləri ilə yanaşı hava hücumu əməliyyatları, hava nəqliyyatı və lojistik dəstək fəaliyyətlərinin həyata keçiriləcəyi təlimlərdə artilleriya batareyaları və minaatan dəstləri də iştirak edəcək.
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Cəlilabadda hadisə: Yük maşınının altında…
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya