SON DƏQİQƏ: Türkiyə HƏRƏKƏTƏ KEÇDİ, ordu döyüş vəziyyətinə gətirildi
Şərqi Aralıq dənizində Avropa İttifaqının "İrini" əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus "Roseline-A" ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra Türkiyə Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "E-7T-Barış Kartalı" havadan təcili xəbərdarlıq təyyarəsi Şərqi Aralıq dənizi səmalarında uçuş həyata keçirib.
Bu əsnada 3 nəhəng "A400M" hərbi karqo təyyarəsi Triploidəki Vətiyyə bazasına təchizat daşıyıb.
Bundan başqa, Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirliyi, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı rəsmilərinin iştirakı ilə məsələyə dair yaradılan İşçi Qrupunin ilk toplantısında olaya qarşı hərbi variantlar da müzakirəyə çıxarılıb. "İrini" hərəkatında Liviyadakı qiyamçı general Xəlifə Haftar qüvvələrinə yardım daşıyan ticarət gəmilərinə qarşı sərgilənən passiv davranışa reaksiya olaraq atıla biləcək addımlar dəyərləndirilib. Variantlar arasında bölgədəki türk donanmasına məxsus döyüş gəmilərinin Tobruk və Benqaziyə gedən şübhəli gəmilərdə axtarış həyata keçirməsi də var.
Bölgədə ticarət səfərlərini davam etdirən Türk bayraqlı gəmilərə qarşı bənzər olaylarda Türkiyənin döyüş gəmilərinin iştirakı ilə görüləcək tədbirlər və lazım gəldikdə icra ediləcək vəzifələr mövzusunda da şərhlər verilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Mövlud Çavuşoğluya məsələ ilə ilə bağlı təlimat vermişdi. Ərdoğanın təlimatı "cavabımızı meydanda verəcəyik, bu işin izini buraxmayacağıq" istiqamətində olub.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur