Sosial şəbəkədə bəyənilmək ehtiyacı haradan gəlir?

Sosial şəbəkədə bəyənilmək ehtiyacı haradan gəlir?Bu günümüz elədir ki, artıq hamı sosial şəbəkədən istifadə edir. Bəzi hallarda düşünürdük ki, yaşlılar istifadə edə bilməzlər. Artıq, ucqar kəndlərdə belə yaşayan əhali ən pis halda tiktok-da sürüşdürərək xəbərləri və s izləyirlər. 
Dünya üzrə 13-28 yaş aralığındakı sosial şəbəkə istifadəçilərinin sayı 62.5 milyondur. Bu yaş kateqoriyasında istifadəçilərin əksəriyyəti "like" xatirinə paylaşım edənlərdir. Əslində sual yarana bilər ki, bir "like" niyə bu qədər önəmlidir? Niyə insanlar paylaşımı buna görə etsinlər ki?
 2016-cı ildə Texas universitetinin nümayəndələri tərəfindən aparılan bir araşdırmaya görə, bir bəyənmənin insanın həyatına mental olaraq çox böyük təsiri var. İnsanlar sosial mediaya qoyduğu "selfilərə" gələn like sayına görə günlük dopamin hormonunu ifraz edirlər. 
Dopamin isə insanın rahatlaması üçün ifraz etdiyi hormondur. Bəziləri bunu qidalanma ilə, kimisi qumar ilə, kimisi də başqa üsullarla həyata keçirir. 
Belə ki, bəyəni sayı az gələn şəxs həmin günü dopamin hormonunu yetərincə ifraz edə bilmədiyinə görə, gün boyu özlərini pis və ya yetərsiz hiss edirlər. Hələ, ən pisi xoşumuza gəlməyən insanların çox "like" yığmasıdır.
 Bəzi hallarda bu mesajlaşmada da özünü göstərir. Yuxudan duran kimi, 200 əvəzinə, 1 və ya 2 mesaj bildirişinin gəldiyini düşünün. Həmin an ağlımızdan keçən sual, "görəsən məni niyə bu qədər az axtarıblar?" olur. 
Koliforniya universitetinin nümayəndəsi koqnitiv Nevroloq Ofir Turel bu tip hadisəni bankda pul çəkmək hadisəninə bənzədir:
"Təsəvvür edin ki, hər dəfə banka getdiyiniz zaman balansınızı əldə edirsiniz, amma başqa insanların da balansını görürsünüz. Bu, insanların çoxunun sahib olduqları şeydən qıcıqlanmasına və ya narazı olmasına səbəb olacaq...". 
Bəzi hallarda isə biz özümüzü reklam edərək, öz eqomuzu yüksələdərək buna nail oluruq. Bəzən restoranlara və ya qəhvə məkanına gedəndə şəkil və ya video çəkib paylaşırıq. Buna gələn şərhlər və bəyənilər isə müvəqqəti xoşbəxt olmağımıza kömək edir. Bu hal isə beynimizin qərar qəbul etmə və mükafatla bağlı davranışa diqqət yetirən hissəsi olan ventral striatumu aktivləşdirir. Və beləcə gün boyu özümüzü enerjili aparmağamıza səbəb olur.
Psixoloqlar isə bütün bu tip hadisələrin uşaqlıqdan gəldiyini deyir. Belə ki, uşaq yaşlarda göstərilməyən diqqət, valideynlər tərəfindən maraqlarımıza diqqət yetirilməməsi, uşaqlıqdan bizə qarşı dəstəyin əskik olması əsas səbəblərdən biri kimi göstərilir. 
Həmçinin, aşağı yaşlarda həmyaşıdlarımızla münasibətdə emosional və ya fiziki travma əsas səbəblərdəndir.
Məsələnin həlli isə çox sadədir. Belə ki, əgər kiminsə həyatı bizə vacib olmasa, hətta biz özümüzü kim üçün isə önəmli şəxs hesab etməyib, öz həyat xəttimizə davam etsək bütün məsələlər yoluna düşər. Nəzərə almaq lazımdır ki, özümüzü kimləsə müqayisə etmək, özümüzə olan dəyəri aşağı salır. 
Eyni zamanda, kimisə bizə dediyi mənfi fikirlərə önəm verməmək də çıxış yollarından biridir. Bəzən biz xoşumuza gəlməyən insanın hardasa olduğunu görüb paxıllıq hissi çəkə bilərik. 
Nəzərə alın ki, əgər o insan sizin üçün dəyərli deyilsə, onun nə etdiyi də dəyərli olmamalıdır. Ən önəmli məqam isə xarici görünüşə edilən rəylərdir. Gün ərzində siz kiməsə görə yox, özünüzə görə qəşəng görünməlisiniz. Buna görə də kiminsə dediyi pis fikirlərə önəm verməyib, yalnız özümüzü bəyəndiyimiz halda harasa getməliyik.
Soltanzadə Elşən, 
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi / azxeber.com

Sosial       Tarix: 04 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbər zelzele gunun xeberleri