Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda silsilə verilişlər çəkilib
Bu gün sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, hibrit müharibə, ideoloji manipulyasiyalar çox təhlükəli səviyyəyə gəlib çatmışdır. Ona görə də cəmiyyətin maarifləndirilməsi dövlət və ictimai institutlar üçün əsas prioritetə çevrilib.
Bu baxımdan, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli Fikir və İnkişaf" İctimai Birliyi "Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və ideoloji müdafiə" layihəsi çərçivəsində silsilə maarifləndirici verilişlər çəkilib.
Milli Fikir və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin üzvü Rizvan Fikrətoğlunun moderatorluğu ilə baş tutan verilişlərdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələskərli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Məhəmməd Cəbrayılov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, crossmedia.az təhlil və informasiya portalının baş redakoru Mübariz Göyüşlü, Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə doktoru Qoşqar Bəylərov və siyasi şərhçi Elçin Xalidbəyli informasiya təhlükəsizlyinin cəmiyyətimiz üçün törədə biləcəyi təhlükələrdən, hibrit müharibələrin müasir zamanda cəmiyyətləri içdən sarsıdan əsas predmet kimi istifadə olunmasından və Azərbaycan cəmiyyətinin bütün bunlara qarşı ideoloji və informasiya müharibəsində nə etməli olduqlarından söhbət açılıb. Verilişlər Yeni Media TV tərəfindən yotube platformasında yayımlanıb, sosial şəbəkə şəhifələrində paylaşılıb və maraqla izlənilib.
Qeyd edək ictimai birlik mövzunun aktuallığını nəzərə alaraq analoji layihə və maarifləndirici kampaniyasını davam etdirir.

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Salyandakı qəzada ölənlərin FOTOLARI
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı