Sosial şəbəkələrdəki təhlükə - Məhəmməd Tağıyev yazır

Sosial şəbəkələrdəki təhlükə - Məhəmməd Tağıyev yazırSon zamanlar sosial şəbəkələr həyatımızda mühim yer tutmağa başlayıb. Biznesini, karyerasını inkişaf etdirmək, xüsusilə də asan və hörmətsiz yollarla pul qazanmaq istəyənlər üçün bu şəbəkələrin önəmi daha çoxdur. Əsasən "Tik-Tok" və "Instagram" platformasının ölkəmizdə geniş yayılması və bir çox insanların burada yaydığı qeyri-etik nümayişlər isə cəmiyyətimizin pis formalaşmasına səbəb olur. Hələ televiziyalarımızda olan problemlərdən danışmırıq. İzlənmə və reytinq uğrunda kimi gəldi verilişlərinə dəvət edən, absurd məzmunlu verilişlər aparan aparıcılar və kanalların sayının az olmamasına rəğmən, televiziya mövzusu hər nə qədər yaralı yerimiz olsa da, bu yazıda əsasən sosial şəbəkələrin təsirinə toxunacağıq. Maraqlısı isə odur ki, mədəniyyət, tərbiyə və əxlaqi keyfiyyətlərdən uzaq olan bu şəxslərə dəstək olanlar da elə özümüzdən olan insanlardır. Xoşbəxtlikdən bu mövzu dövlətimizin diqqətindədir. Belə ki, cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar səbəbilə bəzi sosial şəbəkə istifadəçisi artıq qanunun tələblərinə uyğun cəzalandırılıb.
Təbii ki, bu platformalarda müsbət auralı həmvətənlərimiz heç də az deyil. Elm, təhsil, idman, maraqlı faktlar, faydalı məlumatlar və s. mövzulu çıxışlar edən səhifələr ürəyimizə bir az da olsa su səpir. Lakin daha çox gənc nəsilə xitab edən sosial şəbəkələr vasitəsilə əsasən mənfi ünsürlər təbliğ olunur. Bəs, bunun belə olmasına səbəb nədir? Nəyə görə savadlı, bacarıqlı insanlar maddi ve mənəvi cəhətdən əziyyət çəkir, lakin sadaladığımız yollara müraciət edənlər əksinə?
Yəqin ki, çoxlarınız ötən günlərdə evindən çıxarılan alim Fazil İsmayılovdan xəbərdarsınız. Belə ki, çətin vəziyyətdə olan F.İsmayılov üçün 40 min məbləğində pul yığılmış və Heydər Əliyev Fondu tərəfindən 1 illik kirayə pulu ödəmişdi. Bu vəziyyət bir elm xadimi üçün hər nə qədər acınacaqlı olsa da, xalqımız və dövlətimizin ona sahib çıxması hələ bir ümidin olduğunu göstərərək bizi sevindirir. Həmçinin, NASA-nın saytında səhv aşkarlayaraq təltif olunan Kənan Fərzəlili və Harvard Universitetinə qəbul olan Qəndab Məmmədova kimi həmvətənlərimizin uğuru onların daha çox sayğı və dəyərə layiq olduğunu göstərir. Ancaq F.İsmayılovun durumunu fikirləşəndə bu gənclərə gələcəkdə dəyər veriləcəyindən inanmaq bir az çətin olur. Məhz bu səbəblərə görə bir çox gənc təhsil almağa önəm vermir və yaxud xaricdə təhsilə üstünlük verir. Halbuki bizim ali təhsil müəssisələrinin hamısı dünya səviyyəli olmasa belə, bir neçə universitetimiz son zamanlar müəyyən tərəflərdən inkişaf etməyi bacarıb. Ancaq gəlin belə düşünənləri qınamayaq. Mən özüm də hazırda tələbəyəm və sadaladığımız hallarla təəssüf ki, tez-tez rastlaşıram. Ölkəmizdə tələbələrin əksəriyyəti oxumaqla yanaşı çətin işlərdə çalışaraq həyata tutunmağa çalışır. Bir neçə il sonra da misal çəkdiyimiz vəziyyətlə qarşılaşdıqda 4-5 illik zamana itki gözü ilə baxır.
Fikrimcə, Azərbaycan Avropa, Amerika və s. coğrafiyalardan həm bacarıq, həm savad, həm də digər yönlərdən geri qalmır ki, üstündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda savadlı, mədəni, bacarıqlı insanlara dəstək artacaq və cəmiyyətimiz yaxşı mənada daha da formalaşacaq. Ulu öndər Heydər Əliyevin də dediyi kimi "Təhsil millətin gələcəyidir".
Məhəmməd Tağıyev / azxeber.com

Sosial       Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az