Soyludan SƏRT SÖZLƏR: Avropa bu qətliama susursa...
"Yunan asayiş keşikçilərinin insanların üzərinə benzin tökərək yandırmaq cəhdi Avropanın gözü önündə qətliam törətməkdir. Avropa Yunanıstanda baş verənlərə susmağa davam etdikcə, bu, şərin təhrikçisi olaraq da adlandırılacaq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən yandırılmağa çalışılan qaçqınların videosunu rəsmi sosial media hesabında paylaşarkən qeyd edib.
Məlumata görə, İzmirin Çeşme bölgəsinin cənub-qərbində, Karaabdullah burnunun qarşısında keşik çəkən sahil mühafizə gəmisi Yunanıstan tərəfdəki miqrant qayığının yenidən Türkiyənin ərazi sularına geri qaytarıldığını təsbit edib.
Qeyd edək ki, yunan nəzarətçiləri tərəfindən qovulan 41 miqrant xilas edilərək Çeşme limanına gətirilib. Ayağında yanıq xəsarətləri olan bir miqrant isə xəstəxanaya yerləşdirilib. Miqrantlar o anları belə anladıblar: "Üstümüzə benzin tökdüklər. Yunan polisi pulumuzu, telefonlarımızı aldı. Bizə "get" deyən qadın benzini üstümüzə tökdü, yandırmağa başladı. Yunan polisi dedi ki, Türkiyəyə getmədiyiniz üçün yandırılırsınız".
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək