Şoyqu Zakir Həsənovu Moskvaya dəvət etdi
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.
Bu barədə RİA "Novosti" xəbər verir. "Bu tarixin yenidən yazılması üçün edilən istənilən cəhdlərə, xüsusən də qalibləri məğlub, məğlubları isə qalib kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə aparmaq üçün hər şey edilməlidir", - S.Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib. "Bütün həmkarlarımızı Birlik ölkələrinin hərbi kontingentlərinin Qırmızı Meydanda Qələbə Paradında iştirak etməsi üçün Moskvaya dəvət etdik", - S.Şoyqu deyib. O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.(Report) /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib