"Space FM"ə direktor təyin edilən "DJ Çina"dan ilk - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "DJ Çina" ləqəbi ilə tanınan Çingiz Mustafayev "Space FM"ə direktor təyin olunub.
Aparıcı azxeber.com-a açıqlamasında xəbəri təsdiq edib.
Yeniliklər barədə eksklüziv açıqlamalar verən məşhur DJ həm də "Space FM"də veriliş aparacağını bildirib:
"Biz artıq işə başlamışıq, islahatlarımızı həyata keçiririk. Bizim "Qulaq as" adlı musiqi şirkətimiz var. Radio olaraq da onunla əməkdaşlığımız davam edəcək. 
O qeyd edib ki, dünya ulduzlarını Bakıya dəvət edəcəklər:
"Yaxın zamanlarda "Space" radiosunun təşkilatçılığı ilə dünya ulduzları David Vandetta, Bob Sinclar kimi məşhurların Bakıda konsertləri təşkil olunacaq. Onu da deyim ki, dünya DJ-lərinin radiomuzda canlı çıxışları da nəzərdə tutulub, mütləq ki, onlar radiomuzun qonağı olacaq".
"Space FM"də veriliş aparacağını bildirən Çingiz Mustafayev ilk dəfə onun adını azxeber.com-a açqlayıb:
"Eksklüziv olaraq sizə bildirim ki, özüm də hər gecə radiomuzda Bəkir adlı həmkarımla canlı efir aparacağam. Verilişimin adı "Qulaq as" olacaq. Daha sonra verilişimiz gündüz saatlarında da dinləyicilərlə görüşə gələcək".
Çingiz heç bir halda bu dalğada bayağı mahnılara yol verilməyəcəyini dinləyicilərin diqqətinə çatdırıb:
"Biz radiomuzu beynəlxalq arenaya çıxartmağı hədəfləyirik. Bu radioda rus, ingilis dilində mahnılar, verilişlər olacaq. Bunun üçün də yalnız seçmə və formatımıza uyğun sənətçilərin musiqiləri yayımlanacaq. Hətta uyğun bilmədiyimiz müğənni formata uyğun mahnı da gətirsə, onu qəbul etməyəcəyik və burada heç bir puldan, tapşırıqdan söhbət gedə bilməz. Mənim hədəfim bu radionu onlayn olaraq qlobala çıxartmaqdır".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 19 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeber azerbaycanda son xeberler cəbhədən şad xəbər ən son xeberler