Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar...' — AÇIQLAMA
Bir müddət öncə bəzi tanınmış idmançıların qanunsuz idman mərc oyunlarını dəstəkləməyə başlaması, müxtəlif operatorların səfirləri elan olunmaları, reklam etmələri ilə bağlı məlumatlar yayıldı.
İctimaiyyətdə yaranan narazılıqlar və məsələnin mediada işıqlandırılmasından sonra müvafiq qurumların gördüyü tədbirlər nəticəsində qanunsuz idman mərc operatorları olan Mostbet və 1xBet-i reklam edən bəzi şəxslər cəzalandırıldı. İdmançıların səhifələrində olan reklamlar da yığışdırılıb. Bu da müsbət haldır.
Qanunsuz mərc oyunlarının təbliği ilə bağlı xaricdən gələn təkliflərə idman sahəsinin bütün tanınmış simaları qarşı çıxmalıdır.
Peşəkar məşqçi Ruslan Əfəndiyev Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:
"Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar, nə edə bilərlər. Azərbaycanda heç kim sponsoruluq etmək istəmir. Vergidən yayınma halları barədə dəqiq nəsə deyə bilmərəm, amma hələki, bizdə belə bir şey olmayıb. Bizə təklif gəldi, kuratorumuzla məsləhətləşdik, nazirlikdən icazə verilmədi, biz də etmədik". / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi