Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışıXəbər verildiyi kimi, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in qərargahında keçirilən "Sülh və ədalət" mövzusunda beynəlxalq tədbirdə "Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi"nin sədri Giorgiy Tatar tərəfindən "Barışıq üçün etiraf et" təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.
KONKRET.az-ın məlumatına görə, sözügedən tədbirin aparıcısı qismində çıxış edən "Srebrenisa Anım Mərkəzi Muzeyinin" direktor müavini Amra Beqiç tədbirin sonunda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırdı. Xocalı cinayətinin Srebrenisada törədilən soyqırımı ilə bir çox eyniliklərin olduğunu qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan etdi.
Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını qeyd etdi.
Bu məqsədlə o, bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə, Ermənistan baş naziri N.Paşinyana və sıravi ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif etdi.
"Bu çağırışlarda yazacağınız cəmi üç söz – "Xocalı: Barışıq üçün etiraf et" (Khojaly: RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır", – deyə ictimai xadim vurğuladı.
Qeyd edək ki, Amra Beqiç özü Srebrenisa soyqırımı zamanı ailəsini itirmişdir, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Srebrenisa Memorial Kompleksində fəaliyyət göstərir.

Siyasi       Tarix: 24 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər şou biznes xəbərləri son xeberler azerbaycan cəbhədən son görüntülər