Stepan Danielyan: "Ermənistanla hesablaşan yoxdur, ölkənin mövcudluğu sual altındadır"

Stepan Danielyan: Ötən həftə Ermənistanın müstəqillik bəyannaməsinin qəbulu ilə bağlı mərasimdə çıxış edən baş nazir Nikol Paşinyanın 33 il əvvəl qəbul edilən dövlət sənədindəki bəzi məqamlarla razılaşmadığını bildirməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Əslində qonşu xalqlara düşmənçilik və nifrət aşılayan müstəqillik bəyannaməsi sırf faşist ideologiyası ilə hazırlanıb. Əsas qayəsi Türkiyə və Azərbaycana ərazi iddiası olan sənəd Ermənistanın müstəqillik bəyannaməsi adlanır.
KONKRET.azxəbər verir ki, Paşinyanın müstəqillik bəyannaməsində yazılanlarla razılaşmamasına münasibət bildiriən politoloq Stepan Danielyan deyib ki, çoxları orada yazılanların əsas mahiyyətini başa düşmür:
"Baş nazir də məhz bunlardan narahatdır. Paşinyan bildirib ki, bəyannamənin məzmununda Türkiyə və Azərbaycana düşmənçilik elementləri var. Dövlət rəmzlərimizə – gerbimizə və İstiqlal bəyannaməsinə görə düşmən vəziyyətində olduğumuza görə müdafiəmizi təmin etmək üçün nəzərlərimizi şimala – Rusiyaya yönəltməyə məcburuq. Paşinyan fikrini belə bir ifadə ilə sübut etməyə çalışıb ki, biz SSRİ-dən ayrılıb müstəqillik elan etdik, lakin bəyannamənin mətnində SSRİ-nin bərpası var. Yəni biz Azərbaycan və Türkiyə ilə daim münaqişə vəziyyətindəyiksə, o zaman Rusiyadan daim asılı vəziyyətdə qalacağıq və gec-tez öz suverenliyimizdən əl çəkəcəyik.
Buna görə də sülh olmasa, müstəqilliyimiz də olmayacaq, erməni dövlətçiliyi sual altında qalacaq. Bu mətn Türkiyə və Azərbaycana, ilk növbədə isə ABŞ-a ünvanlanıb. O, ABŞ-a aşağıdakı fikri çatdırmağa çalışıb. Danışıqlar zamanı Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımır. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq yolunu tutub.
O, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Əks halda Ermənistan Rusiyanın təsirindən qurtula bilməyəcək. Vəziyyət belə davam edəcəyi təqdirdə SSRİ bərpa oluna bilər. Rusiya regionda güclənər və bu xətti təbliğ edən qüvvələr hakimiyyətə gələ bilər. Bununla da Paşinyan köməyə ehtiyacı olduğunu açıqlayıb. Hazırkı vəziyyətdə aşağıdakıları dəqiqləşdirmək lazımdır. ABŞ Azərbaycana təzyiq göstərmək istəmir.
Digər tərəfdən, onların məqsədi Turan yolunu açmaqdır. Bunun üçün Zəngəzur Türkiyənin nəzarətində olmalıdır. Əgər bu, baş verərsə, Rusiya ilə İran arasında qarşıdurma başlayacaq. Beləliklə, regionda böyük münaqişə ocağı yarana bilər. Təəssüf ki, indiki hakimiyyətin siyasəti ona gətirib çıxarıb ki, Ermənistanın maraqlarını heç kim nəzərə almır. Ermənistanın mövcudluğu isə sual altındadır", – deyə Stepan Danielyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler