Stoltenberq: "NATO Çinə etibar etmir"
NATO baş katibi Yens Stoltenberq Çinin Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair təklif etdiyi planı şərh edib.
KONKRET.az"Kommersant"a istinadən xəbər verir ki, o, bu barədə Tallinndə keçirdiyi mətbuat konfransında bildirib.
"NATO-nun Çinə etibarı yoxdur. Çünki Çin Rusiyanın Ukraynada apardığı müharibəni pisləməyib", – baş katib deyib.
Öz növbəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı təklif olunan plana Çin və Rusiya arasındakı münasibətləri nəzərə alaraq baxacaq.
Qeyd edək ki, bir gün əvvəl Çin Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli üçün 12 maddəlik plan təqdim edib.
Pekin hesab edir ki, münaqişəyə son qoymaq üçün sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır.
Planın açıqlanması ərəfəsində ABŞ Dövlət Departamenti sənədə şübhə ilə yanaşdıqlarını bildirib.
Onlar qeyd ediblər ki, Çin Rusiyaya kömək etsə də, neytral mövqe tutmağa çalışır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir