Stoltenberq vəzifəsini tərk edəcəyini TƏSDİQLƏDİ
NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu deyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə CNN-ə bildirib:
"Bu payızda ayrılıram. Əminəm ki, alyans məni əvəz edəcək layiqli adam tapacaq".
Baş katib hazırkı mərhələdə bütün diqqətini NATO-nun Ukraynaya yardımına yönəltdiyini deyib.
NATO-nun sözçüsü Oana Lungesku fevralın əvvəlində bildirib ki, Stoltenberq səlahiyyətini uzatmaq niyyətində deyil.
Qeyd edək ki, onun səlahiyyət müddəti artıq üç dəfə uzadılıb. O, doqquz ilə yaxındır ki, vəzifədədir.
Xatırladaq ki, yanvarın sonunda "Politico" Yens Stoltenberqin NATO-nun baş katibi kimi fəaliyyətini davam etdirmək istədiyini yazıb. Nəşrin yazdığına görə, bu postu kimin tuta biləcəyi ilə bağlı müzakirələr zamanı ən çox onun namizədliyi qeyd olunur.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir