Stoltenberqin xüsusi nümayəndəsi Ceyhun Bayramovla müzakirə apardı
Xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq məsələlər, Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və NATO arasında davamlı siyasi dialoqun müxtəlif sahələrdə əməkdaşlığa töhfə verdiyini qeyd edib. Beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən bir ölkə kimi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirakının tərəfimizdən bu sahədə əməkdaşlığa verilən əhəmiyyətin təcəssümü olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mina təhdidinin davam etdirilməsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, guya Azərbaycan ərazilərindəki erməni sakinlərinin blokadaya alınması, vəziyyətin humanitar böhran səviyyəsinə çatması ilə bağlı əsassız iddiaların həqiqəti əks etdirmədiyini və bu addımların 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə faktlarını pərdələməkdən, sülh gündəliyi üzrə danışıqlara xələl gətirməkdən başqa bir şey olmadığını diqqətə çatdırıb.
Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycanın danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazır olduğunu bəyan etdiyi və sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğu bildirilib.
Xüsusi nümayəndə Xavyer Kolomina, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Azərbaycanın NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakını məmnunluqla qeyd edən xüsusi nümayəndə, Azərbaycan sülhməramlılarının Kabul beynəlxalq hava limanında təxliyyə işlərində əhəmiyyətli rol oynadığını vurğulayıb. Azərbaycan və NATO arasında digər sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi, təhsil və s. sahələrdə əməkdaşlığın aparıldığı məmnunluqla qeyd edilib. Bölgədə gərginliyin mövcudluğunun narahatlıq doğurduğu, bu xüsusda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür