"Stresin qadın həyatına təsiri" mövzusunda tədbir keçirildi - FOTOLAR

6 mart 2025-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və "INSUN" Yaşam Mərkəzinin birgə təşkilatçılığı ilə qadınların psixoloji sağlamlığını dəstəkləməyə yönəlmiş "Stresin qadın həyatına təsiri" mövzusunda maarifləndirici tədbir baş tutub.
Tədbirin məqsədi qadınların emosional rifahını gücləndirmək, stresin mənşəyini və onun həyatımıza təsirini anlamaq, eləcə də effektiv mübarizə üsulları ilə tanış olmaqdır. 
Tədbirin açılışında çıxış edən "INSUN" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova insan həyatında psixoloji balansın və emosional tarazlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir dünyanın sürətli ritmi qadınların psixoloji yükünü artırır və onların öz daxili güclərini kəşf etməsinə, streslə sağlam mübarizə aparmasına dəstək olmaq vacibdir. 
Daha sonra Həkim, Klinik Psixoloq Xədicə Həbibullayeva stresin insan psixikasına və ümumi həyat keyfiyyətinə təsirindən danışaraq onunla effektiv mübarizə yollarını izah edib. O, iştirakçılara keçmiş təcrübələrini dərk etməyə və emosional blokları aşmağa kömək edən hipnoterapiya texnikalarını tətbiq edib. Bu praktika vasitəsilə iştirakçılar öz daxili dünyalarına səyahət edərək uşaqlıq dövrlərinə qayıdıb və travmatik təcrübələrin köklərini anlamağa çalışıblar. 
Tədbirin növbəti hissəsində Psixoloq, Gestalt Terapevt Fuad Sofizadə qrup terapiyası keçirib və iştirakçıları öz hisslərini açıq şəkildə ifadə etməyə təşviq edib. O vurğulayıb ki, insanlar çox vaxt tək olduqlarını düşünürlər, lakin bu cür terapiya formatı onların əslində ortaq emosional təcrübələri bölüşdüyünü göstərir. 
Tədbir interaktiv şəkildə davam edib və iştirakçılar stressin idarə olunması ilə bağlı dəyərli biliklər qazanıblar. Onlar müxtəlif praktik texnikaları sınaqdan keçirərək emosional tarazlıqlarını qorumağın, daxili rahatlığa qovuşmağın və gündəlik həyatın gərginliyini daha effektiv şəkildə idarə etməyin yollarını öyrəniblər. 
Qeyd edək ki, bu önəmli tədbirdə müxtəlif sahələrdə çalışan 20 xanım iştirak edib.
ATİB və "INSUN" Yaşam Mərkəzi gələcəkdə də psixoloji rifahın qorunmasına və sahibkarların emosional gücünün artırılmasına xidmət edən maarifləndirici tədbirlər keçirməyi planlaşdırır.
/ azxeber.com

Sosial       Tarix: 08 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun xəbərlər.com bugun xeberler son xeber 2026