Su etirazları böyüyür, polis nümayişçilərə atəş açır - VİDEO

Su etirazları böyüyür, polis nümayişçilərə atəş açır - VİDEOİranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb. Təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.
BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet İran hakimiyyətinin etirazçıları dağıtmaq üçün silah tətbiq etməsini qınayıb. Komissar etirazçılara qarşı qaba gücdən istifadə edildiyinə dair çoxsaylı dəlillər olduğunu bildirir.

Xəbər verildiyi kimi, Xuzestan sakinlərinə dəstək olaraq iyulun 25-də Təbriz sakinləri də küçələrə çıxmışdı və minlərlə təbrizli "Azərbaycan, Əl-Əhvaz", "İttihad" şüarları səsləndirmişdilər.
Ötən gün paytaxt Tehranda da etirazlar olub və yüzlərlə adam şəhərin mərkəzi prospekti ilə yürüş edib. Təhlükəsizlik qüvvələri etirazçıları müşaiyət edib, amma onlara müdaxilə etməyib və aksiya ciddi insident olmadan başa çatıb.

Xuzestan əyalətində etirazları alovlandıran səbəb quraqlıq fonunda yaranan kəskin su qıtlığı olsa da narazılığın əsas səbəbi etnik ərəblərə qarşı diskriminasiyadır. İranın neft-qaz ehtiyatlarının az qala yarısı bu bölgədə yerləşsə də əhali olduqca kasıb yaşayır, üstəlik Xuzestan bölgəsindən keçən çayların səmti illər əvvəl dəyişdirilərək başqa bölgələrə yönləndirilib. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 27 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az cəbhədən son durum son xəbərlər xeberler bugun 2026