Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb (FOTO)
Balakən və Zaqatala Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Open.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Muxax kənd sakini Rafael Laçınovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 9 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. R.Laçınov şübhəli şəxs qismində saxlanılıb.
Faktlarla bağlı RPŞ-lərdə araşdırma aparılır.



Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib